Azərbaycanda 9-cu sinif şagirdi intihar etdi

SOSİAL
13:04 24.09.2024
139
İmişli rayonunda məktəbli intihar edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.

Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.

Onun meyitini yaxınları aşkar ediblər.

Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR