Azərbaycanda abortların sayı kəskin sürətdə artır - Gələcəkdə ana ola biləcəklər?

Azərbaycanda abortların sayı kəskin sürətdə artır - Gələcəkdə ana ola biləcəklər?
SAĞLAMLIQ
16:27 15.08.2025
249
Xəbər verdiyimiz kimi, statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda 78245 abort qeydə alınıb. Abort üçün müraciət edənlərdən 72 nəfər 15–17 yaş, 2679 nəfər isə 18–19 yaş qrupunda olub.

Gənc yaşda abort etdirən qadınların gələcəkdə ana olub-ola bilməməsi ilə bağlı sualımızı AZXEBER.COM-a açıqlamasında ginekoloq Rəşad Sultan cavablandırıb.

Həkim bildirib ki, abort — cərrahi müdaxilədir və ciddi risklər daşıyır:
 

 

"Bu risklər anaya aid olub, həm qısa, həm də uzunmüddətli fəsadlara səbəb ola bilər. Qısa müddətdə qanaxma, infeksiya, daxili orqanların zədələnməsi kimi təhlükələr mövcuddur. Uzunmüddətli dövrdə isə infeksiyanın yaratdığı yapışıqlıqlar qadının gələcəkdə ana olmasına, övlad sahibi olmasına mane ola bilər. Məhz buna görə də biz həkimlər, xüsusilə ginekoloqlar aborta qarşıyıq.

Hər zaman bildiririk ki, hamilə qalaraq abort etdirməkdənsə, əgər uşaq planlaşdırılmırsa, qadın öncədən hamiləliyin qarşısını almaq üçün tədbirlər görsə, daha məqsədəuyğundur. Buna arzuolunmaz hamiləliklərin qarşısının alınması, ailə planlaması və ya kontrasepsiya deyilir. Bu mövzuda maarifləndirmə və düzgün tərbiyə işlərinə hələ yeniyetməlik dövründən başlamaq vacibdir".
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR