Azərbaycanda adı olub, özü olmayan partiyalar – Qorqud, Kəndli, Mübarizlər...

Azərbaycanda adı olub, özü olmayan partiyalar – Qorqud, Kəndli, Mübarizlər...
SİYASƏT
15:41 23.07.2018
7054
Azərbaycanda 54 adda siyasi partiya dövlət qeydiyyatından keçib ki, onların böyük əksəriyyətinin hazırda heç bir siyasi fəaliyyəti yoxdur.
 
Qanunvericiliyə görə, siyasi partiya yaratmaq üçün üzv sayı 1000-dən az olmamalıdır. Lakin bu gün Azərbaycanda elə partiyalar var ki, onların partiyasında bir, maksimum iki nəfər faktiki üzv var. Çox təəssüf ki, Milli Məclisdə təmsil olunan və dövlət tərəfindən maliyyələşən partiyalar arasında da belə partiyalar az deyil.
 
AZXEBER.COM bununla bağlı araşdırma aparıb və araşdırma zamanı məlum olub ki, ölkəmizdə bu adda dövlət qeydiyyatından keçmiş siyasi partiyalar mövcuddur: "Birlik” Partiyası, Milli Demokrat İdrak Partiyası, Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Kəndli Partiyası, Vətənpərvərlər Partiyası, Milli Hərəkat Partiyası, "Qorqud” Partiyası, Mübarizlər Partiyası, Təkamül Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası.
 
Araşdırma zamanı məlum oldu ki, bu partiyaların mütləq əksəriyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət qeydiyyatından keçiblər. Bəs görəsən real vəziyyət siyasi partiyaların yenidən dövlət qeydiyyatından keçməsini zəruri edirmi?
 
AZXEBER.COM mövzunu Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ilə davam etdirib. Portalımıza açıqlamasında millət vəkili siyasi partiyaların yenidən qeydiyyatına ehtiyac görmədiyini bildirib: "Onsuz da bugün Azərbaycanda partiyaların siyasi proseslərə təsir gücü azdır. Çox az sayda siyasi partiya var ki, müəyyən qədər aktivdirlər. Əksəriyyəti isə faktiki olaraq siyasi fəaliyyətdən kənardadırlar. Hesab etmirəm ki, vəziyyətdən çıxış yolu partiyaların qeydiyyatı məsələsinə yenidən baxılmasındadır. Bu heç nəyi dəyişməyəcək. Təklif edərdim ki, partiyaların qeydiyyatı proseduru sadələşsin. Bu daha effektiv olardı. O ki qaldı, zəif partiyaların ləğvi məsələsinə, buna zərurət yoxdur. O partiyaların zəif, yaxud güclü olmasının heç bir mənası yoxdur”.
 
Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”