Azərbaycanda "Aİ-95" niyə yoxa çıxıb? - Qiymət artacaq, yoxsa ... - SƏBƏB

Azərbaycanda "Aİ-95" niyə yoxa çıxıb? - Qiymət artacaq, yoxsa ... - SƏBƏB
MANŞET
12:35 31.05.2022
1118
Bir neçə gündür ki, "Aİ-95” premium markalı benzin bir sıra iri Yanacaqdoldurma Məntəqələrində (YDM) yoxdur. Benzin idxalının azalması iddialarının yer adığı məlumatlarda sözügedən markalı benzinin qiymətinin qalxacağı və qıtlığın bununla əlaqədar olduğu da qeyd edilir.

Bu cür məlumatların yayılması artıq bir çoxlarını narahat etməyə başlayıb. Bəs bu iddaların yayılmasına səbəb nədir? "Aİ-95” premium markalı benzinin qiyməti qalxa bilərmi?

Məsələ ilə bağlı AZXEBER.COM-a iqtisadçı-ekspert Natiq Cəfərli fikirlərini bildirib. 

O, qeyd edib ki, "Aİ-95” premium markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir:

"Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurasının tənzimlənmə siyahısından çoxdan çıxarılıb. Azərbaycanda bu markalı benzinin rəqabətli mühit şəraitində satılması niyyəti var idi. Amma təssüf ki, burada da ciddi problemlər oldu. Azərbaycanda bir çox şirkətlərin "Aİ-95” premium markalı benzin gətirib satması gözlənilirdi, belə bir ehtimal irəli sürüldü. Amma təəssüf ki, bu, baş vermədi.

Ekspert qeyd edib ki, sözügedən benzini ölkəyə cəmi bir şirkət gətirir: "Dövlət tərəfindən tənzimlənməsə də, cəmi bir şirkət-SOCAR-ın törəmə şirkəti "Aİ-95” markalı ölkəyə gətirə bilir. Qiyməti də o diqtə edir. Ona görə də qiymətin artıb-artmayacağı Tarif Şurasında yox, SOCAR-ın həmin törəmə şirkətindən asılı olacaq. Yəni, qiymətin aşağı və ya yuxarı olması, qalxıb-qalxmayacağı onların əlindədir”. 

Hazırda "Aİ-95” premium markalı benzin qıtlığının yaşanmasına aydınlıq gətirən N.Cəfərli bunun logistik çətinliklərlə bağlı olduğunu vurğulayıb.

O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi də problemin səbəblərindəndir:

"Hazırda "Aİ-95” premium markalı benzinin çatışmazlığı məsələsinə gəldikdə isə, çox güman ki, bu, logistik çətinliklərlə bağlıdır. Rusiya-Ukrayna müharibəsi bir çox logistikanın, yəni marşurutların zədələnməsinə səbəb oldu. Əvvəl Qara dəniz vasitəsilə Rumıniyadan benzinin Gürcüstana, oradan da Azərbaycana nəql olunması ən rahat marşurut idi. "Aİ-95” markalı benzini ən çox aldığımız ölkə Rumıniyadır. İndi Qara dənizdə vəziyyətin gərgin olması, müharibənin davam etməsi logistik xətləri xeyli dərəcədə zəiflədib, xeyli problemlər yaradıb. Ona görə də çox güman ki, Azərbaycana "Aİ-95” markalı benzinin gətirilməməsi və ya təchizatda müəyyən problemlərin ortaya çıxması məhz logistik zəncirlərin qırılması, bununla da logistikanın problemə çevrilməsi ilə əlaqədardır”. 

Qeyd edək ki, sonuncu dəfə ötən ilin sentyabrında Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" premium markalı avtomobil benzini təşkil edib. Həmin  ilin yanvar-aprel aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub. Bu ölkədən Azərbaycana 26,145 milyon dollar dəyərində 39 021,12 ton premium benzin idxal edilib.

Azərbaycana ən çox premium markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci ilin ilk yarısında sözügedən ölkə Azərbaycana 18,180 milyon dollar dəyərində (30,905 mln. manat) 25 399,78 ton "Aİ-95" benzini ixrac edib.

Onu da qeyd ki, bu ilin yanvar ayında Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən "Aİ-92” və ya daha çox, həmçinin "Aİ-95”-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil