Azərbaycanda ailə dəhşəti: 23 yaşlı qız evdən qaçdı (SƏBƏB+ŞƏRH)

Azərbaycanda ailə dəhşəti: 23 yaşlı qız evdən qaçdı (SƏBƏB+ŞƏRH)
SOSİAL
20:17 11.07.2017
1782
Bakı şəhər sakini 23 yaşlı Gülər Məmmədova (ad şərtidir) dünən axşam saatlarında evdən qaçıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlama verən Gülər Məmmədova bildirib ki, bu addımı atmasına səbəb ailə üzvləri tərəfindən şiddətə məruz qalması olub. Onun sözlərinə görə, artıq uzun müddətdir birlikdə yaşadığı anası və qardaşı tərəfindən şiddətə məruz qalır.
 
Gülər ötən axşam qardaşı tərəfindən döyüldükdən sonra evdən qaçıb: "Demək olar ki, uşaqlıqdan şiddətə məruz qalıram. Ailəmiz çox mental düşüncəlidir. Atamı erkən yaşlarımda itirmişəm. Qardaşım, anam və mən birlikdə yaşayırıq. Özüm bankda işləyirəm. Evə bir dəqiqə onların qoyduğu vaxtdan gec getsəm, problem yaranır. Hətta rəfiqəm olması belə qadağandır. Evdən çıxmağı uzun müddət idi ki, düşünürdüm. Dünən axşam baş verənlərdən sonra dözə bilmədim. Axşam "Youtube"da film izləyiridim. Qardaşım telefonuma baxmaq istədi, mən də vermək istəmədim. Bna görə məni döydü. Mən də evdən qaçdım. Ayaqqabımı belə geyinməmişəm. Artıq "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət etmişəm".
 
 
Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan hüquqşünas Vüqar Səfərli bildirir ki, xanım bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir:
 
"Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycanda valideynləri tərəfindən döyülən övladların sayə yetərincədir. Azərbaycan qanunvericiliyinə görə, uşaqlara qarşı məişət zorakılığı yolverilməzdir. Məişət zorakılığı dedikdə, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasını başa düşməliyik. Bəzi hallarda ailələrdə yaranmış xoşagəlməz hallar ağır cinayətlərin baş verməsi ilə nəticələnir. Konkret olaraq, zərərçəkmiş qız hüquq-mühafizə orqanlarını bu barədə xəbərdar etməlidir. Ona qarşı zorakılıq edilibsə və ya ölümlə hədələnirsə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələrinin tərkibi yaranır. Cinayət Məcəlləsinin 133-cü maddəsinə görə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 134-cü maddəsinə görə isə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
 
Bəs Gülər Məmmədovanın ölkədən çıxışına qadağa qoyula bilər? Hüquqşünas bildirir ki, belə bir qadağa qoyula bilməz: "Xanımın ölkədən çıxmasına bu məsələ ilə bağlı qadağa qoyula bilməz. O yetkinlik yaşına çatıb, buna görə də sərbəst sürətdə ölkə sərhədlərindən kənara çıxa bilər. Həmçinin də yenidən yaşadığı mənzilə qayıdıb, orada yaşamağa davam edə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'