Azərbaycanda ailə faciəsi - Ər-arvad dəm qazından zəhərləndi, biri öldü

Azərbaycanda ailə faciəsi - Ər-arvad dəm qazından zəhərləndi, biri öldü
SOSİAL
10:40 13.01.2024
534
Şamaxıda ər və arvad dəm qazından zəhərlənib, biri ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.

Belə ki, kən sakinləri 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR