Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilir. Hadisə yerinə təcili tibbi yardım bölməsi və hüquq mühafizə əməkdaşları çağırılıb.
Faktla bağlı araşdırma aparılır.