Azərbaycanda ağır qəza - Dörd nəfər öldü

Azərbaycanda ağır qəza - Dörd nəfər öldü
SOSİAL
22:12 18.08.2023
320
Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində "Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR