Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralananlar var + FOTO

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralananlar var + FOTO
SOSİAL
16:29 01.07.2024
266
Ucar rayonunda ağır yol qəzası baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik maşını yolda hərəkətdə olarkən idarəetmədən çıxıb.
 
Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı bir qadın hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR