Azərbaycanda ağır qəza: Polis əməkdaşı öldü, 7 nəfər yaralandı

Azərbaycanda ağır qəza: Polis əməkdaşı öldü, 7 nəfər yaralandı
SOSİAL
10:38 16.07.2023
303

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan ikisi azyaşlıdır.

Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR