Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə rayon sakinləri - Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.