Azərbaycanda ağır qəza: yaralılar arasında 1 yaşlı körpə də var

Azərbaycanda ağır qəza: yaralılar arasında 1 yaşlı körpə də var
SOSİAL
20:10 02.09.2018
3421
Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunda baş verib.

Belə ki, "Slavutiç" markalı minik avtomobili "Merсedes" markalı mikroavtobusla toqquşaraq yoldan çıxıb və aşıb. Hadisə nəticəsində 3 nəfər - sürücü, 1962-ci il təvəllüdlü Orucov Əmir Duman oğlu, 2002-ci il təvəllüdlü Orucova Ləman Əmir qızı və 2018-ci il təvəllüdlü Orucova Fatimə Royal qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR