Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşdü

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşdü
SOSİAL
16:45 30.04.2022
294
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 92 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 709, bu günə qədər isə ümumilikdə 6 814 486 test icra olunub.
OXŞAR XƏBƏRLƏR