Azərbaycanda ana və qızı göbələkdən zəhərləndi - ÖLƏN VAR

Azərbaycanda ana və qızı göbələkdən zəhərləndi - ÖLƏN VAR
SOSİAL
08:49 09.12.2022
139
Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

AZXEBER.COM xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR