AZXEBER.COM xəbər verir ki, bunu gün.az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədrinin sözlərinə görə, Andlılar Məhkəməsi ideyası əvvəllər daha çox ictimaiyyətin, vətəndaşın məhkəmə hakimiyyəti işinə cəlbi mənasını, məhkəmə hakimiyyətinin demokratikləşməsi, onun açıqlılığı mənasını daşıyırdı və bu da müəyyən mərhələlərdə olurdu.
“Amma indi bir çox yerlərdə Andıllar Məhkəməsi özünü doğrultmur. Bir çox ölkələrin bu yöndəki təcrübəsini yaxından öyrənmişik və görmüşük ki, bu məsələ gözlənilən effekti vermir. Çünki təəssüflər olsun ki, Andlılar Məhkəməsinin özündə qəbul edilən qərarlarda pozuntulara, ciddi səhvlərə, hətta, korrupsiya hallarına və digər xoşagəlməz hallara yol verilir. Eyni zamanda, baxmayaraq ki, bizim qanunvericilikdə də bu məsələ var və biz də bunu o ərəfədə etmişdik ki, məhkəmə islahatlarına hələ tam başlanılmamışdı. Amma indiki mərhələdə - o mərhələdə ki, bizdə artıq çox sistemli məhkəmə-hüquq islahatları aparılır - Andlılar Məhkəməsini yaratmağa, onu Azərbaycanda tətbiq etməyə heç bir ehtiyac görümürük. Əksinə, hesab edirik ki, mövcud qanunun həmin o, işləməyən fəslini də qanunvericilikdən çıxarmaq lazımdır”, - deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.