Azərbaycanda artıq xarici vətəndaşlara elektron vizaların təqdim edilməsi üzrə xidmətlər göstərilir.
AZXEBER.COM-un ictnews.az xəbər xidmətinə istinadən verdiyi xəbərə görə, hazırda bu xidmətlər pilot layihə çərçivəsində göstərilir.“Bu gün xarici vətəndaşların Azərbaycana daxil olması üçün nəzərdə tutulan e-vizaları ölkənin 25 turistik şirkəti təqdim edir. Gələcəkdə bu xidmətləri bütün turistik şirkətlərin göstərəcəyi ehtimal edilir”.