Azərbaycanda arvadı tərəfindən döyülən kişilər nə qədərdir? - RƏQƏM

Azərbaycanda arvadı tərəfindən döyülən kişilər nə qədərdir? - RƏQƏM
SOSİAL
10:21 31.01.2017
5753

 

"Məişət zorakılığı ilə bağlı məlumat bankına daxil olan məlumatların təhlilinə görə, ötən il yarım ərzində Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilər olub".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Məişət zorakılığı ilə bağlı məlumat bankının 2015-ci ildə yaradıldığını xatırladan E.Səfərov qeyd edib ki, 2015-ci ildə banka 346, 2016-cı ilin I yarısında 184 fakt daxil edilib. Ümumilikdə banka daxil olan 530 məişət zorakılığı faktı təhlil olunub və müəyyən edilib ki, məişət zorakılığına məruz qalan kişilərin 9,2 faizi yetkinlik yaşına çatmayan oğlanlar, 3,2 faizi qocalar, 2,1 faizi isə 25-45 yaşlı kişilərdir:

"Azərbaycanda fərqli yanaşmalar var ki, kişilər də fiziki zorakılığa məruz qalırlar? Lakin burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Ola bilər ki, kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilsin. Ola da bilər ki, qohumluq münasibəti olmayan şəxslər birgə yaşayırlar, onların məişət şəraitləri birgədir və bu zəmində də zorakılıq törədilir".

E.Səfərov qeyd edib ki, kişilərə qarşı daha çox psixoloji zorakılıq törədilir:

"Bu zorakılıq ailə üzvləri tərəfindən törədilə bilər - kişi kişiyə qarşı, qadın kişiyə qarşı və s. ola bilər. Fiziki zorakılıq isə daha çox kişilər tərəfindən qadınlara qarşı törədilir. Amma "qadınlar zorakılıq faktı törətmir" fikri də yanlışdır. Komitənin fəaliyyət göstərdiyi müddət ərzində elə qətl faktları olub ki, onlar qadınlar tərəfindən kişilərə qarşı törədilib".

E.Səfərov qeyd edib ki, Azərbaycanda fiziki zorakılığa məruz qalanlar arasında 25-34 yaşlı kişilərin sayı çox azdır. Bu yaşda olan kişilər əsasən psixoloji zorakılığa məruz qalanlardır.

Komitə rəsmisinin sözlərinə görə, fiziki zorakılıqla bağlı məlumatların öyrənilməsi çox asandır. Amma 99 faiz psixoloji və seksual zorakılıq halları ilə bağlı müraciət daxil olmur. Zorakılığa məruz qalan əksər insanlar dövlət orqanlarına müraciət edəndə bəzi məsələlərin bağlı qalmasını istəyirlər:

"Ümumiyyətlə deyə bilərik ki, bizə zorakılıqla bağlı edilən müraciətlərin 90 faizini fiziki zorakılıq təşkil edir. Ya da belə olur ki, fiziki zorakılıq iqtisadi zorakılıqla, cinsi zorakılıqla birgə törədilir".

Məişət zorakılığını törədən insanların sosial statusu və peşəsini də açıqlayan E.Səfərov bildirib ki, məişət zorakılığını törədən şəxslərin 40,3 faizi işsiz insanlar, 34 faizi fəhlə, 1 faizi müəllim, 22,7 faizi fərdi əməklə məşğul olanlar, 2 faizi təqaüdçülərdir. Məişət zorakılığını törədən şəxslərin 91,9 faizi orta, 3,2 faizi ilk peşə ixtisas, 3,8 faizi orta ixtisas, 1,1 faizi ali təhsillidir. Məişət zorakılığına ən çox məruz qalanlar valideyn himayəsindən məhrum olan uşaqlar və evdar qadınlardır. Məişət zorakılığına məruz qalan şəxslərin 74,3 faizi evli, 25,7 faizi subaydır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır