Azərbaycanda arvadını öldürmək istəyən kişi tutuldu

Azərbaycanda arvadını öldürmək istəyən kişi tutuldu
SOSİAL
11:39 23.07.2022
281
İmişlidə 41 yaşlı kişi arvadını öldürməyə cəhd edib.

AZXEBER.COM xəbər verir ki, iyulun 21-də rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin bıçaqla Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.
OXŞAR XƏBƏRLƏR