Azərbaycanda ata oğluna bel ilə xəsarət yetirdi - Vəziyyəti ağırdır

Azərbaycanda ata oğluna bel ilə xəsarət yetirdi - Vəziyyəti ağırdır
SOSİAL
22:45 13.04.2019
10552
Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR