Ağcabədidə ata oğlunu bıçaqlayıb.
AZXEBER.COM xəbər verir ki,Ağcabədi Rayon Polis İdarəsindənanspress-ə verilən məlumata görə, rayonun Babək küçəsində yaşayan, 1958-ci il təvəllüdlü Niyazi Ağayev aralarında yaranan şəxsi münasibətlər zəminində oğlu, 1989-cu il təvəllüdlü Fərhad Niyazi oğlu Ağayevi bıçaqlayıb.
2 bıçaq zərbəsi alan yaralı ailə üzvlərinin köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildiriblər ki, yaralı qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq zərbələri alıb. Hazırda onun vəziyyəti orta ağırdır.
Cinayəti törətməkdə təqsirli bilinən Niyaz Ağayev polis tərəfindən saxlanılıb.
Ağcabədi Rayon Polis İdarəsində hadisənin dəqiq səbəbləri araşdırılır.