Bakıda 2 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu hadisə ilə bağlı birgə məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, Rüstəm Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Kərimov tutularaq istintaqa təhvil verilib. Radiq Feyziyev və Tahir Ələkbərov isə Cinayət Məcəlləsinin narkotikə görə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanırlar.
Hadisənin təfərrüatlarını öyrənmək üçün qətlə yetirilən Rüstəm Bayramovun evində olduq. Mərhumun atası Adil Bayramov deyir ki, evin tək oğlu olan Rüstəmin hansı səbəbdən öldürüldüyü hələ də naməlum olaraq qalır. Çəkiliş etdiyimiz zaman ata səbirsizliklə gözlədiyi, 2 ildən sonra oğlunun qətlində şübhəli bilinən şəxslərin həbs edilməsi xəbərini bizdən aldı.
Adil Bayramov deyib ki, oğlu Hövsan qəsəbəsi ərazisində tikintidə fəhlə işləyib. Bu hadisə də işdən evə qayıdarkən baş verib.
Qeyd edək ki, Rüstəm Bayramov 28 yaşında qətlə yetirilib.
AZXEBER.COM xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: