Azərbaycanda avtomobil körpüdən aşdı - Xəsarət alanların sayı 7-yə çatdı

Azərbaycanda avtomobil körpüdən aşdı - Xəsarət alanların sayı 7-yə çatdı
SOSİAL
15:59 12.04.2023
195
Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların sayı 7-yə çatıb.

AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumatına görə, hadisə zamanı daha bir nəfər - 2020-ci il təvəllüdlü Mehrac Hüseynli xəsarət alıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

15.25

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR