Azərbaycanda avtomobil sahiblərindən tutulan yol vergisi artırıldı

İQTİSADİYYAT
10:41 07.01.2013
2572
Azərbaycanda avtomobil sahiblərindən tutulan yol vergisi artırılıb.Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisinin dərəcələri mühərrikin həcmindən asılı olaraq dəyişdirilib. Yenilik Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki cədvələ edilən dəyişikliyə əsaslanır.

Yeni qaydaya əsasən, nəqliyyat vasitəsinin mühərrikinin həcmi artdıqca, yol vergisinin dərəcəsi yüksələcək. Artımı daha çox mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan nəqliyyat vasitələrinin sahibləri hiss edəcəklər. Məsələn, mühərrikin həcmi 4000 kubsantimetr olan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği 60 manatdan 70 manata, mühərrikin həcmi 5000 kubsantimetr olan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği isə 80 manatdan 110 manata və s. artırılıb.

Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki yeni cədvəl://APA

Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri, avtobuslar və digər

avtomobil nəqliyyatı vasitələri:

- mühərrikin həcmi 2000 kubsm olduqda

20 manat

- mühərrikin həcmi 2000 kubsm-dən 3000 kubsm-dək olduqda

20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,02 manat

- mühərrikin həcmi 3000 kubsm-dən 4000 kubsm-dək olduqda

40 manat + mühərrikin həcminin 3000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,03 manat

- mühərrikin həcmi 4000 kubsm-dən

5000 kubsm-dək olduqda

70 manat + mühərrikin həcminin 4000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,04 manat

- mühərrikin həcmi 5000 kubsm-dən çox olduqda

110 manat + mühərrikin həcminin 5000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,05 manat

Əvvəlki variant:

Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsm-dək olduqda

- mühərrikin həcmi 2000 kubsm-dən çox olduqda

Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri

Mühərrikin həcminin hər kubsm-ə görə 0,01 manat

20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox hissəsi üçün hər kubsm-ə görə 0,02 manat

Mühərrikin həcminin hər kubsm-ə görə 0,02 manat

OXŞAR XƏBƏRLƏR