Azərbaycanda Ay nə vaxt görünəcək?

Azərbaycanda Ay nə vaxt görünəcək?
SOSİAL
15:11 05.07.2016
3072
"Bizim üfüqdə yeni Ay sabah 20:50-də görünəcək. 20:50-dən sonra bayram etmək olar".
Bunu Trend-ə N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.
Ramazan bayramının tarixinin Ayın görünməsi ilə müəyyən edildiyini deyən N.Cəlilovun sözlərinə görə, sabah bulud olmasa, Ayı gözlə görmək mümkün olacaq: "Ayın görünmə vaxtı tədricən dəyişir. Ay və Yer də tədricən hərəkət edir. Buna görə də Yer kürəsinin müxtəlif yerlərində Ay müxtəlif vaxtlarda görünür".
N.Cəlilov deyib ki, hətta Azərbaycanın özündə belə Quba ilə Naxçıvanda Ay müxtəlif vaxtlarda görünür: "Bu fərq dəqiqə ilədir, yəni azdır. Amma Azərbaycan kiçik ölkə olduğundan bu vaxtı ümumiləşdiririk və Ayın görünmə vaxtı kimi ortaq bir zaman müəyyən edirik".
N.Cəlilov islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi ilə bağlı təklif reallaşacağı təqdirdə Ayın görünməsinin hansı ölkənin astronomik məlumatına istinad ediləcəyinə də münasibət bildirib.
Onun sözlərinə görə, bu məsələ dini idarənin qərarı ilə həll edilir: "Əlbəttə ki, bu zaman astronomik vaxt - Ayın görünmə və çıxma vaxtı nəzərə alınır. Amma ayrı-seçkiliyə son qoyulsun deyə, dini idarə tərəfindən bir qərara gəlinir. Burada böyük problem yaranmır. Türkiyə ilə Azərbaycana baxdıqda aramızda 1 günə yaxın vaxt fərqi var. Onu da qərar vasitəsilə həll etmək və ortaq məxrəcə gəlmək olar. Bu, insanlar üçün də məqbuldur".
Xatırladaq ki, islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi və vahid təqvim tətbiq edilməsi ilə bağlı razılığa gəlinib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlının bildirdiyinə görə, Türkiyədə bu yaxınlarda keçirilən böyük bir toplantıda islam ölkələrində dini bayramlar və dini mərasimlərin eyni gündə keçirilməsi və vahid təqvimin tətbiq edilməsi barədə razılığa gəlinib: "Əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun və təşkilat çərçivəsində hansısa bir qətnamə qəbul edilsin".
Ramazan bayramı ilə əlaqədar bu il iyulun 6 və 7-si ölkədə qeyri-iş günləri elan edilib.
Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacağını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."