'Azərbaycanda bank müştərilərinin hüquqları kobud şəkildə pozulur' - İqtisadçı ekspert

İQTİSADİYYAT
14:19 25.04.2013
2660

Azərbaycanda kreditlərin verilməsi və kredit faizləri əhali arasında narazılıq yaradan sahələrdən biridir.

AZXEBER.COM bu məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevin münasibətini öyrənib. Ekspert portalımıza verdiyi açıqlamada kreditlərlə bağlı yaranan problemlərdən bəhs edib:

Azərbaycanda bank müştərilərinin hüquqları heç bir qanunla tənzimlənmir. İstənilən bankda hər yaş kateqoriyası üçün kreditlərin nəzərdə tutulması normaldır, həmçinin buna pensiyaçılar da aiddir. Kreditlər müxtəlif olur, məsələn, rayon yerində qeydiyyatda olanlar kredit almaqda problem yaşasalar da, şəhər qeydiyyatında olanlar ilə bu problem ilə qarşılaşmırlar. Yaşlı insanların kredit ala bilməsi təqdirəlayiq bir işdir, təbii ki, müştəri aldadılmayıbsa. Bu gün kredit almaqda ən böyük çətinliyi tələbələr yaşayır. Belə ki, bankın təklif etdiyi faiz onları qane etsə belə, kredit ala bilmirlər. Ən əsas məsələ ondan ibarətdir ki, bu gün müştərilər banklar tərəfindən aldadılırlar. Belə ki, reklamda başqa təklif oxuyan müştərilər getdiklərində tam fərqli şərtlər ilə qarşılaşırlar. Xüsusən istehlak kreditləri var ki, bunlar bütün dünyada xüsusi qanunla tənzimlənsə də, hələ ki bununla bağlı Azərbaycanda xüsusi qanun layihəsi tənzimlənməyib.”

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR