Azərbaycanda banklar gücləndirilmiş iş rejiminə keçir

İQTİSADİYYAT
16:09 20.08.2018
4301

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 22 və 23 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.  

AZXEBER.COM xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.


 

OXŞAR XƏBƏRLƏR