Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AZXEBER.COM-un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12% artıb.
Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.