Azərbaycanda bələdiyyə sədri özünü asdı

Azərbaycanda bələdiyyə sədri özünü asdı
SOSİAL
16:48 25.04.2016
4163
Gədəbəydə intihar faktı qeydə alınıb. Özünü asan məktəb direktoru və bələdiyyə başçısı postunu tutan şəxsdir.
AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Dəyə Qarabulaq inzibati ərazi vahidliyinə daxil olan Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə olan meyitini yaxınları aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib.
Mərhumun meyiti müayinə olunmaq üçün rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Mərhumun yaxınları F.Əliyevin ölümündə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub.
Mərhum F.Əliyevin oğlu Elvin Əliyev deyib ki, atasının ölümü ilə bağlı prokurorluğa şikayətlər ünvanlayıblar. Yas məclisindən sonra məsələ ilə bağlı daha ətraflı şəkildə fəaliyyətə başlayacaqlar.
Rayondakı mənbələr isə bildirir ki, F.Əliyev yaşadığı rayonda təcrübəli pedaqoq kimi tanınır. O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur. Rayon sakinləri deyir ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə əlbət ki, çox ciddi səbəblər var.
F.Əliyevin məktəb direktorluğu ilə yanaşı bələdiyyə sədri vəzifəsini də icra edib.
Sakinlər bildirdilər ki, F.Əliyevin rəhbərlik etdiyi bələdiyyədə ciddi maliyyə məsələləri olmayıb, torpaq islahatı da uzun illər əvvəldən bitib. Bu səbəbdən F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər silinməsi, invertarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir.
Bu məlumat fonunda F.Əliyevin ölümündən əvvəl təhsil şöbəsi müdirindən şikayətlənməsi, giley-güzar etməsi haqda bilgilər direktorun ölmündən əvvəl psixoloji gərginlik keçirdiyini söyləməyə əsas verir.
Məktəb direktorunun ölümündən ittiham olunan Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevdən münasibəti öyrənmək üçün sayt onun rəhbərlik etdiyi şöbə ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, B.Nağıyev iclasdadır.
F.Əliyevin ölümü faktına görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO