Azərbaycanda bəzi dairələrin nəticələri ləğv ediləcək - Deputatlara bəd xəbər

Seçki2020
21:50 12.02.2020
18347
Azərbaycanda bəzi dairə və məntəqələrin nəticələri ləğv ediləcək.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, MSK dairələr üzrə daxil olan bütün müraciət və şikayətləri ciddi şəkildə araşdırır və sərt tədbirlər görmək niyyətindədir.

Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərin bir çoxu artıq təsdiqini tapıb. Buna görə də bir çox məntənin və ya dairənin nəticələri yaxın günlərdə ləğv ediləcək.

Mənbənin iddiasına görə, 5 dairənin nəticələrinin ləğvi gözlənilir. MSK-nın ciddi araşdırması bəzi deputatları qorxuya salıb. Onların seçki ilə bağlı sosial şəbəkələrdə paylaşım etməməsi də məhz bununla bağlıdır.

OXŞAR XƏBƏRLƏR