“Azərbaycanda bəzi KİV-lər təhqir, təhdidlə məşğuldurlar” – Fazil Mustafa

SİYASƏT
13:39 16.12.2014
1162
“Azərbaycanda bəzi saytlar açıq-aşkar təhqir, təhdidlə məşğuldurlar. Onlar yalnız sıradan vətəndaşlar, yazarlar, millət vəkillərinə qarşı deyil, eyni zamanda, ölkə prezidentinə də qarşı müəyyən çıxış edən şəxslərin təbliğatı ilə məşğuldurlar, onlara tribuna verir, dəstəklədiklərini bildirirlər”.
Bu fikirləri AZXEBER.COM-a millət vəkili Fazil Mustafa söyləyib. O qeyd edib ki, informasiya məkanında baş verən bu hallarla bağlı artıq təhlükəsizlik orqanlarına müraciət edib. Sözügedən məsələ ilə bağlı deputat daha sonra bunları qeyd edib:
“Bu məsələyə münasibət ortaya qoyulmalıdır. Mən məsələni bu gün parlamentdə qaldırdım və rəsmi surətdə təhlükəsizlik orqanlarına müraciət etdim və bildirdim ki, bu hallarla maraqlansınlar. Artıq sənədləşmə işini aparmışıq. Bir neçə sayt var ki, onların adlarını nəzərdə tutmuşuq. Namiq Haşımzadə adlı şəxs bu yolu tutub. 
Bu halları izləməklə informasiya məkanında nə qədər problem olduğunu müşahidə etmək olar. Namiq Həşimzadənin ayrı-ayrı vaxtlarda müxtəlif insanlarla bağlı yazıb sildiyi fikirləri, təhqirləri, hədələri siyahıya almışıq”.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR