"Azərbaycanda bəzi qadınlar məşuqları ilə birləşərək ərlərinin pulunu alır, onu döyür, öldürür"

"Azərbaycanda bəzi qadınlar məşuqları ilə birləşərək ərlərinin pulunu alır, onu döyür, öldürür"
SOSİAL
15:08 19.07.2023
1291
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə bildirilib ki, Azərbaycanda kişilərin zorakılığa məruz qalması halları çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə aidiyyəti qurumlara müraciət ediblər.

Bəs, Azərbaycanda kişilərə qarşı zorakılığın artması nədən qaynaqlarır?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu AZXEBER.COM-a açıqlama verib.

O bildirib ki, bu məsələ ilə bağlı həyəcan təbilini 20 il öncə çalıb:

"Proqnoz vermişdim ki, bu cür davam edərsə, kişilərə zorakılıq artacaq. Nəticə belə də olmalı idi. Azərbaycanda diqqəti daha çox ailəni qorumağa yönəltmək lazımdır. Biz ailəni qorumaq məsələsini bir tərəfə qoyduq. Başladıq ki, qadın hüquqları, qadın zorakığı mövzularını işıqlandırmağa. Kişiləri yaddan çıxardıq, onlar diqqətdən kənarda qaldılar. Neçə vaxtdır, Qeyri-Hökümət Təşkilatları, xarici təşkilatlar çalışır ki, Azərbaycanda qadınların zorakılığa məruz qaldığını desinlər. Azadlıq haqqında, demokratiya haqqında mücərrəd izahlar verə-verə kişiləri yaddan çıxartdılar. Maarifləndirmə həm kişilər, həm qadınlar arasında paralel getməli idi. Təkcə qadını yox, ailəni də xilas etməli idik. Çünki qadını xilas etmək, hələ heç nə demək deyil. Bu istiqamətdə birtərəfli, savadsızca təbliğatlar gedir”.
 


Sosioloq hesab edir ki, sosial-iqtisadi vəziyyətin çətin olması da kişilərin zorakılığa məruz qalmasında əsas amildir:

"Kişilərin bir çoxu evə lazimi gəliri gətirə bilmədikdə, qadınların qınaq obyekti olurlar. Nəticədə arzu olunmayan proses gedir. Qadınlar kişiləri kişilərin arasında, uşaqların yanında təhqir edirlər. Kişinin gücü qoluna, qadının gücü isə dilinə çatır. Söyüşlər, qarğışlar evdə çoxaldıqda kişilərin qadınlara zorakılığı da artır. Hamısının kökündə ölkədə bu sahədə həyata keçirilən ailə siyasətinin düzgün qurulmaması dayanır. Ciddi şəkildə ölkədə ailə siyasətini dəyişmək lazımdır. Tək qadınları, kişiləri yox, ailəni xilas etmək haqqında danışmaq lazımdır”.

AZXEBER.COM mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun da münasibətini öyrənib.

Onun sözlərinə görə, bütün dünyada hər formada zorakılıq, təzyiq pislənilir. Buna məruz qalan insanlar cinslərə bölünmür:

"Əvvəlki dövrlərdə uşaq zorakılığı, ailədaxili zorakılıq, qadınlara, yaşlılara, kişilərə, cinsi azlığın nümayəndələrinə psixoloji, fizioloji zorakılıq fərqləndirilirdi.
Cinsi azlıq nümayəndələrin hüquqlarının talanmasından sonra beynəlxalq insan hüquqları təşkilatları zorakılığın bütün insanlara aid olduğunu elan etdilər. İnternetdə nifrət aşılanması, zorakılıq, qısnamalar pislənməyə başlanıldı. Azərbaycanda da kişilərin zorakılığa məruz qaldığı halların artdığı təsdiqlənib.
Bura qaynanaları, qaynataları tərəfindən fiziki təzyiqlərə, zorakılığa məruz qalan kişilər aiddir. Əslində, bunların sayı həddindən artıq çoxdur. Bizim araşdırmamız, mənə edilən müraciətlərə əsasən deyə bilərəm ki, kişilərə qarşı zorakılıq yalnız bununla kifayətlənmir”.
 


Aydın Xan Əbilov qeyd edib ki, orta məktəblərdə, universitetlərdə, hərbi hissələrdə hərbiçilər və zabitlər arasında olan münaqişə də zorakılığın bir forması kimi qəbul edilməlidir:

"İş yerlərində, xidmət sahəsində də kişilərə qarşı zorakılığın sayı çoxalır. Ali və orta məktəblərdə oğlan uşaqları cinsi orientasiyasına, fiziki zəifliyinə, əlilliyinə, dini insancına görə ayrıseçkiliyə məruz qalırlar. Azərbaycanda kişilər həyat yoldaşları tərəfindən baltalanır, öldürülür, zəhərlənir.
Onlar öz məşuqları ilə birləşərək həyat yoldaşlarının pulunu, var-dövlətini yağmalamaq üçün onları öldürürlər. Polisə isə itkin düşmələri haqqında müraciətlər edirlər”.

Yazıçı-kulturoloq cəmiyyətin bu hallar qarşısında səssiz qalmamasının vacib olduğunu vurğulayır:

Sual vermək lazımdır ki, qonşuları, qohumları, imkanlı şəxslər tərəfindən döyülən, müdriyyət tərəfindən söyülmüş oğlan uşaqlarını və digər vətəndaşlarımızın hüquqlarını necə qoruyuruq? Biz bu vəziyyətdə hansı sivil dəyərlərdən dəm vururuq? Gözümüzün qarşısında geyiminə görə təzyiqə məruz qalan hansı gənci müdafiə etmişik? Təəssüf edici haldır ki, son vaxtlar bu məsələlərdə ictimaiyyət nümayəndələri, siyasi partiyalar, deputatlar belə nifrət dolu çıxışları ilə cəmiyyətə heç də yaxşı mesajlar ötürmürlər. Biz maksimum çalışmalıyıq ki, gənclərimiz, vətəndaşlarımız dünyada olan sivil formatlı insan münasibətlərə üstünlük versinlər”.

Şəbnəm Zahir
 
Yazı Medianın İnkişafı Agentliyinin "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
13:50 22.10.2026
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
13:36 22.10.2026
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
13:26 22.10.2026
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir