Azərbaycanda bir ailə ruhlarla bir yerdə yaşayır

MARAQLI
14:44 10.01.2012
2341

Göyçay rayonunun Bahəddin Mirzəyev küçəsində yaşayan Quliyevlər ailəsində qeyri-adi hadisə baş verib.

AZXEBER.COM-un "Türkel" TV-yə istinadən bildirir ki, ev sahiblərinin dediklərinə görə, təxminən 2011-ci ilin iyul ayından evdə qeyi-adi hadisələr baş verir. İlk günlər ev sahibləri bu hadisəyə o qədər də önəm verməyiblər, sonradan bunun getdikcə artdığını müşahidə etməyə başlayıblar. Hadisə ilk dəfə evdə soyuducudan yumurtaların itməsi ilə müşahidə olunub. Sonradan stolun üstündən meyvələrin yoxa çıxması, yeyilmiş vəziyyətdə həyətdən tapılması, stolun üstünə qoyulmuş mürəbbənin yerə dağılmış vəziyyətdə olmasını müşahidə ediblər. Hansısa bir iz aşkarlanması məqsədi ilə test keçirmək istəyi isə başqa bir formada baş verib. Çörək bişirmək məqsədi ilə istifadə olunan qaba un töküb, içərisinə bir-iki yumurta qoyulandan sonra onu stolun üstünə qoyub gözləyəndə həmin qabın içərisindəki unun üzərinə qeyri-adi yazılar yazılıb. Bu yazıların nə olması məqsədi ilə evə din xadimləri dəvət olunub. Din xadimləri öz növbələrində bu yazıları oxuyub ev sahiblərinə evdə cinin mövcud olması barədə məlumat verirlər. Bundan təşvişə düşən ev sahibləri bundan sonra nə edəcəklərini fikirləşirlər. Müəyyən vaxt keçdikcə bu yazılar dəfələrlə təkrar olunur və son zamanlar isə artıq latın əlifbası ilə yazılmağa başlanır. Evdə hər hansı bir söz tez-tez təkrarlananda unun üzərinə və son zamanlar dəftər vərəqlərinin üzərinə yazılmağa başlanır. Bunun necə formada yazılmasını isə görmək mümkün deyil. Çünki hadisə ani anda baş verir. Ev sahibləri bunu belə izah edirlər ki, yay vaxtı olanda evdə otururlar, qış fəsli gələndə isə həyətdə tikilmiş balaca bir otaqda olurlar. Hadisə isə hər iki yerdə baş verir. Vaxta gəldikdə isə hadisələrin günün səhər saatlarında - 9-11 və axşam - 6-9 arasında baş verdiyini bildirirlər. Bundan sonra nələr olacağını ev sahibləri bilmir və ümid edirlər ki, bir daha belə bir şeylər təkrar olmaz.

OXŞAR XƏBƏRLƏR