Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.
AZXEBER.COM-a danışan qızların tələbə yoldaşları, hər iki tələbənin Gəncə Dövlət Universitetinin "Xarici dillər" fakültəsində təhsil aldığını deyib. Ayla (ad şərtidir) adlı qız 2-ci kursda, Nazlı(ad şərtidir) adlı qız isə 4-cü kursda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.
Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi "sevgi" münasibəti olmayıb. Nazlı adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib. Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.
Məlumata görə, Aylanın ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Xəbərdə məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini "sevirmiş". Məlumatı ilk olaraq olke.az saytı dərc edib.