Azərbaycanda bir gündə 3 zəlzələ oldu

Azərbaycanda bir gündə 3 zəlzələ oldu
SOSİAL
11:17 08.02.2021
813
Şamaxı rayonunda zəlzələ olub.

Bu barədə AZXDBER.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınmışdır.

Zəlzələ hiss olunmayıb.

10.51
Hacıqabul rayonunda daha bir zəlzələ olub.

Bu barədə AZXEBER.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:11-də Qobustan stansiyasından 31 km cənubda Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

10.37
Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə AZXEBER.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.9, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.
OXŞAR XƏBƏRLƏR