Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək "Birliyin Gücü-2026” təliminə hazırlıq başa çatıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı təlimə hazırlıq işlərini tamamlayıb.
Təlim çərçivəsində Türkiyə hərbçiləri sentyabrın 15-də Qars qarnizonundan Azərbaycandakı "Qızılqaya” və "Qarabağlar” təlim sahələrinə yola düşməyə başlayıblar.
🇹🇷🇦🇿 Birliğin Gücü-2026 Tatbikatı 14’üncü Mekanize Piyade Tugay Komutanlığımızca, Birliğin Gücü-2026 Tatbikatı hazırlıkları tamamlandı. Tatbikat kapsamında birliklerimiz, 15 Eylül 2026 tarihinde Kars Garnizonundan Azerbaycan’daki Kızılkaya Tatbikat Alanı’na ve Karabağlar Tatbikat Alanı’na intikale başladı. #MillîSavunmaBakanlığı
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 17, 2026











































