Azərbaycanda biznes sahəsində qadının rolu necədir?

Azərbaycanda biznes sahəsində qadının rolu necədir?
İQTİSADİYYAT
11:07 29.05.2013
5445

Dünya çox böyük sürətlə dəyişir. 

Təxminən 200 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub. O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə “Qadına azadlıq vermək olmaz”, “Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, “Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir. XXI əsrin qadını müxtəlif peşələrə sahib ola, ölkənin siyasi iqtisadi həyatında fəal iştirak edə bilər.

Azərbaycan kimi sürətlə inkişaf edən, xüsusilə, bazar iqtisadiyyatına və demokratiyaya keçid mərhələsində olan ölkələrdə görürük ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, qadınların biznes sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərini xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur. Lakin buna baxmayaraq, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar biznes sahəsində böyük nailiyyətlər qazanıblar və onların sayı durmadan artır. Müxtəlif biznes sahələrində - “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli, Azərfon MMC-nin Strateji Marketinq Departamentinin rəhbəri Leyla Nəsrullayeva, Societe Generale Banking Group-un Azərbaycanda nümayəndəliyinin rəhbəri Teybə Quliyeva kimi xanımların çalışması ölkəmizdə bu sahənin inkişafının göstəricisidir.

2009-cu ildə Azərbaycanın ən işgüzar qadını seçilən Fatimə Aslan biznes sahəsində uğur qazanan xanımlardandır. Xarici Dillər Universitetinin tələbəsi olan Fatimə xanım Gənclər Təşkilatı katibinin müavini olmaqla yanaşı, həmin ali təhsil ocağında ingilis dili fənnini tədris edib. Daha sonra BP-də müxtəlif köməkçi vəzifələrdə çalışıb və nəhayət, Amerika səfirliyində protokol üzrə səfirin köməkçisi olub. Bu gün isə o, işə qəbul, tərcümə, tədris kursları, biznes – konsaltinq və ictimaiyyətlə əlaqələr sahəsində xidmətlər təklif edən Anglo American və ATTAS Group-un Prezidentidir.

Günümüzdə kiçik biznes sahəsində daim uğurlar əldə edən xanımlardan biri də Nigar Köçərlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, “Əli və Nino” kitab evinin rəhbəri olan bu xanım yeni nailiyyətlər qazanmaq üçün daim işləyir və irəliləyir. Mövzuyla bağlı Nigar xanıma müraciət etdik və onun biznes həyatıyla bağlı fikirlərini diqqətinizə çatdırmaq istəyirik. “Əvvəlcə onu deyim ki, mənim üçün bu sahədə çətinlik özünə inamdır. Hərdən elə olub ki, güzgünün qarşısında dayanıb öz-özümə demişəm ki, artıq yorulmuşam. Bəzənsə elə olur ki, özümə inamı itirirəm. Özümü təsdiq etdikdən sonra isə bu hislər məndən uzaqlaşdı. Hətta onu da deyim ki, bu işlə yenicə məşğul olduğum zamanlarda bu sahədə fəaliyyət göstərən kişilər mənə istehza ilə yanaşırdılar. Bəlkə də onlar elə düşünürdülər ki, mən bacarmaram. Ancaq heç vaxt belə xırda söhbətlərə görə kefimi pozmamışam. Öz işimə davam etmişəm”.

Nigar xanım “Nəyə görə məhz kitab biznesini seçdiniz?” sualına maraqlı cavab verdi. “Uşaq vaxtından - 6 yaşımdan mütaliə etməyi, kitab oxumağı çox sevirdim. Və elə o zamandan hiss edirdim ki, həyatım kitablarla bağlı olacaq. İndi də bu sahədə-kitab biznesi ilə məşğul olmaq mənə zövq verir. İşimi çox sevirəm”.

Bu nümunələri çəkməkdə məqsədimiz Azərbaycanın biznes sahəsində qadınların rolunun durmadan artdığını göstərməkdir.

Dünya dövlətlərinin iş həyatına nəzər salsaq, orada da biznes sahəsində çox böyük uğurlar qazanan və məşhurlaşan qadınların olduğunu görərik. Onlara Böyük Britaniyanın Pearson şirkətinin icraçı direktoru Marcori Skardino, Fransanın Alcatel Lucent şirkətinin icraçı direktoru Patrisiya Russo, İspaniyanın Banesto şirkətinin icraçı direktoru Anna Patrisia kimi tanınmış qadınları nümunə göstərə bilərik.

Ümid edirik ki, gələcəkdə bu sahədə qadınların rolu artacaq və gənc xanımların biznesə marağını artırmaq üçün təbii ki,təbliğata ehtiyac var.

Ayşə İsəzadə 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər