Azərbaycanda boşanmalar niyə artıb? - Psixoloq səbəbi açıqladı

Azərbaycanda boşanmalar niyə artıb? - Psixoloq səbəbi açıqladı
SOSİAL
15:55 12.10.2022
301
AZXEBER.COM-un müsahibi psixoloq Aygül Məlikovadır.

- Azərbaycanda günü-gündən boşanmaların sayının artır. Sizcə, insanlar niyə yola gedə bilmirlər?

- Ümumiyyətlə, ailə periodunun qızıl dönəmi ilk 5 il sayılır. Ona görə ki, ər-arvad fərqli ailələrdə yetişib, fərqli tərbiyə alırlar. Bəzən onların sözü bir-birinin boğazından keçmir. Bunun mənşəyində ailələrimiz dayanır. Ailələrimiz bizi o qədər yönləndirir ki, özümüz ailə həyatı quranda düzgün qərarlar verməyi bacarmırıq. Belə hallar yaşandığı təqdirdə gənclərin bir-birinə qarşı olan münasibəti dəyişir və bu kimi hallar boşanmalara səbəb olur. Cütlüklər bir-birlərinin qəlbini qıra biləcək cümlələrdən istifadə etməyə başlayırlar.
 
- Boşanmaların sayının azalması üçün hansı tədbirləri görmək lazımdır?

- Təməl olaraq cütlük terapiyaları və ailə terapiyaları var. Evlənməzdən öncə, evlilik dönəmində və yaxud artıq boşanmaya doğru irəliləyən zamanda ailə terapiyasından yararlanmaq cütlüklər üçün arzuolunandır. Ailə həyatı qurmağa hazırlaşan gənclər travmalarından azad olub, nə istədiklərini bilərək ailə həyatı qursalar, evlilikləri daha sağlam şəkildə irəliləyər. Təəssüflər olsun ki, insanların əksəriyyəti boşanma həddinə çatana qədər və ya boşanandan sonra psixoloqa müraciət edirlər. Halbuki evlilik dönəmində nəyinsə düzgün yolunda getmədiyini hiss etdikdə psixoloqa müraciət etmək, boşanma riskini azaldır.

- Bir deyim var ki "övlad olduqdan sonra sevgi bitir”. Bu deyimə münasibətiniz necədir?

- Uşaq dünyaya gələndən sonra biz valideynlər bəzən həyatımızın mərkəzinə övladımızı qoyuruq. Bu zaman valideyn öz duyğu kopyalanmasını övladına keçirmiş olur. Bu o deməkdir ki, vaxtında öhdəsindən gələ bilmədiyi işləri, övladının öhdəsindən gələ biləcəyini düşünür. Özü edə bilmədiyi işi uşağa yükləyən valideynlər arasında isə sonradan söz-söhbət yaranır. Digər aspektdən baxsaq bütün diqqət uşağa yönləndiriləndə qarşı tərəf düşünür ki, həyat yoldaşım artıq kifayət qədər məni sevmir, qısqanmır və s. bunlar da münasibətin soyumasına və evliliyin bitməsinə səbəb olur.

- İdeal ailə modelinin yaranması üçün hansı amillər əsasdır?

- Ümumiyyətlə ideal heç nə olmadığı kimi "İdeal ailə modeli” da olmur. İdeal ailə modeli əvəzinə nisbətən arzuolunan ailə fiquru desək, daha düzgün olar. Ailə fiquru dedikdə adətən bir-birini anlayışla qarşılayan və övladını tərbiyə edərkən bir-birlərinə hörmətlə yanaşan cütlüklərin olması nəzərdə tutulur. Belə cütlüklər evlilikdə qarşı tərəfin istəklərini, nə düşündüklərini diqqətə alırlar. Mənəvi diqqət və mənəvi sevgini daha çox hiss etdirirlər. Evliliklərin bitməsinin bir başqa səbəbi də ər-arvadın bir-birini dinləməməsi, bir-birilərinin fikrinə hörmət etməməsidir.

- Ailənin dağılmasının uşaqda çox travma yaratmaması üçün nə etmək lazımdır?

- Statistika göstəricisinə görə, boşanmış ailələrin uşaqlarında yarımçıq ailə tipi olduğuna görə belə uşaqlar istənilməmə duyğusuna qapılır və tərkedilmə qorxusu yüksək olur. Bu da onların gələcəkdəki münasibətlərinə mənfi təsir göstərir. Həmçinin öz yaşıdlarına olan aqresiyaları daha çox olur. Çünki onlar düşünürlər ki, dostlarının ailəsi var amma onların ailəsi yanlarında deyil. Bəzən günahkarlıq duyğusu yaşayırlar. ”Görəsən mənə görə mi ayrıldılar, mən mi səbəb oldum” kimi suallar onları düşündürür. Boşanmalar olandan sonra bir çox ana ataya qarşı, ata isə anaya qarşı övladını soyudur. Nəticədə uşaq aqressiv şəkildə böyüyür və uşaqda ailə məhfumu, ailə istəyi tam şəkildə formalaşa bilmir.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq