Azərbaycanda "Britaniya ştammı"na yoluxanlardan ikisi kişi, biri qadındır

Azərbaycanda "Britaniya ştammı"na yoluxanlardan ikisi kişi, biri qadındır
SOSİAL
16:00 18.03.2021
1261
İndiyədək Azərbaycanda "COVID 19"- un "Britaniya ştammı"na və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

AZXEBER.COM bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR