Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO

Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO
SOSİAL
09:34 01.04.2022
1353
Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "Xəzər Xəbər"ə deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.

AZXEBER.COM xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

OXŞAR XƏBƏRLƏR