Azərbaycanda bu da oldu: həkimlər binti qadının uşaqlıq nahiyəsində unutdu - VİDEO
SOSİAL
13:28 16.09.2016
9315
Azərbaycanda daha bir həkim məsuliyyətsizliyi qeydə alınıb.Mingəçevir şəhər sakini Südabə Əbdiləzimova 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub.O, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, Südabə Əbdiləzimova yenidən əməliyyat keçirməli olub.“Həkim ikinci dəfə də əməliyyatdan sonra səhvə yol verdiyini etiraf edib”, - deyə əməliyyat olunan şəxs Südabə Əbdiləzimova bildirib.