Azərbaycanda bu dərmanların satışı və idxalı qadağan edildi

TOP4
13:46 09.04.2019
2760
Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.

AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki, nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır. Araşdırmaların davam etdiyi müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılıb:

1.Erespal - fenspiride hydrochloride - 10 mg/5 ml şərbət - 100 ml flakonda №1, karton qutu qablaşmada - Les Laboratoires Servier İndustrie, Fransa,

2.Erespal - fenspiride hydrochloride - 80mg örtüklü tabletlər №30 - Les Laboratoires Servier İndustrie, Fransa,

3.Tirfens fenspiride hydrochloride - 2 mg/ml şərbət - 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28 - World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə,

4.Tirfens fenspiride hydrohloride 80 mg - örtüklü tabletlər №20 (10x2), №30 (10x3), blisterdə karton qablaşmada - World Medicine İlaç San. ve Tic. А.Ş., Turkiyə.

Bildirilib ki, Avropa Dərman Agentliyinin 15 fevral, 2019-cu il tarixli EMA/114407/2019 nömrəli "Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması" adlı sənəd dərc edilib. Sənədə əsasən, Avropa Dərman Agentliyinin (EMA) farmakonəzarət üzrə risklərin qiymətləndirilməsi komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb. Qeydiyyatın dayandırılması pasiyentləri qorumaq üçün bir tədbirdir və PRAC QT intervalının uzanması və "torsades de pointes" (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir. "Keçmişdə bu dərmanları qəbul edən xəstələrdə ürək ritminin problemləri bildirilmişdir. Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılıb. PRAC, mövcud olan bütün sübutları araşdırır və AB-də fenspirid tərkibli dərman vasitələri barədə tövsiyələr verir. Qiymətləndirmə başa çatdıqdan sonra, EMA məlumat verməyi, pasiyent və tibb işçilərinə yenilənmiş rəhbərlik təqdim etməyi planlaşdırır",-məlumatda deyilir.

Fenspirid tərkibli öskürək əleyhinə dərmanlar qəfil ciddi ürək ritm problemlərinə səbəb ola bilər. Pasiyentlərə araşdırmaların davam etdiyi müddətdə fenspirid tərkibli dərman vasitələrinin istifadəsini dayandırmaq tövsiyə edilir. Fenspirid tərkibli dərman vasitələrini istifadə edən pasiyentlər ürək ritm problərinə məruz qala bilərlər. Əgər öskürək əleyhinə fenspirid tərkibli dərman vasitəsi qəbul edirsinizsə, alternativ müalicələr haqqında məsləhət almaq üçün həkim və ya əczaçıya müraciət edin. Əgər istifadə etdiyiniz dərmanla bağlı hər hansı narahatlıq varsa, onları həkim və ya əczaçı ilə müzakirə edin.

Tibb işçilərinə araşdırmaların davam etdiyi müddətdə, tibb işçiləri pasiyentlərə fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin dayandırılmasını məsləhət görməlidirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:52 07.07.2020

Bu şəxslərin işləməsinə yenidən icazə verildi - RƏSMİ

12:39 07.07.2020

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

12:32 07.07.2020

Bakı polisi reyd keçirir - FOTO

12:12 07.07.2020

Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

12:11 07.07.2020

Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

11:53 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

11:34 07.07.2020

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

11:24 07.07.2020

Bakıda karantin qaydalarını pozan çay evinin icarədarı 2000 manat cərimələndi - FOTO

11:16 07.07.2020

"Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov

11:10 07.07.2020

Bəzi icazələr aktivləşdirildi, portalı yenidən yoxlayın

11:07 07.07.2020

Hər bir dərdin dərmanı, çay - Lənkərandan FOTOSESSİYA

10:52 07.07.2020

ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu

10:39 07.07.2020

Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötdü

10:36 07.07.2020

Çatdırılma xidmətlərinə yenidən icazə verildi

10:08 07.07.2020

Gəncədə maarifləndirmə xarakterli tədbirlər davam edir - FOTO

10:06 07.07.2020

Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - Foto