Ötən gün axşam saatlarından etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 11 sm-ə çatıb, temperatur isə mənfi 6 dərəcəyədək enib.