1 fevral tarixindən Azərbaycanda yeni radio fəaliyyətə başlayır.
AZXEBER.COM xəbər verir ki, Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə "TMB” (Türk Millətlər Birliyi) Media Qrupu yeniliklərilə efir yayımına start verir.
Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən "Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək.
"TMB – Türk Musiqisini Birləşdirən Radio" devizi ilə fəaliyyət göstərəcək radionun əsas prioriteti informasiya və media sahəsində layihələr həyata keçirməklə yanaşı, dünya mədəniyyətinin tərənnümü, informasiya mübadiləsi və maarifləndirilməsidir.
Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq "TÜRKSOY” təşkilatı tərəfindən də dəstək verilib.











































