Azərbaycanda bu il nə qədər neft hasil edilib? - STATİSTİKA

İQTİSADİYYAT
15:10 13.08.2013
1794

Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda neft hasilatının azalması davam edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində ölkədə 25,5 mln. ton neft və 10,3 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. 

Ötən ilin analoji dövrü ilə müqayisədə neftin hasilatı 1,2% azalıb, qaz hasilatı isə dəyişməz olaraq qalıb. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. //apa

OXŞAR XƏBƏRLƏR