Azərbaycanda bu ilin yay dəbi – FOTOLAR

MAQAZİN
17:28 06.05.2015
5186

“Ağ köynəyi sarı ətək və moruğu ayaqqabı ilə kombinə edən xanımlar daha dəbli görünəcək”.

“Gözəllik ondur, doqquzu dondur” deyib atalar. Buna görə də insanlar gözəlliyini tamamlamaq üçün geyimlərinə daha çoxdiqqət yetirilər. Maraqlıdır, 2015-ci ilin yay dəbi necə olacaq?

Bu suala cavab tapmaq üçün oxu.az-ın əməkdaşı bu sahədə tanınan üç məşhur sima ilə əlaqə saxlayıb.

Əgər siz də gözəl və dəbli görünmək istəyirsinizsə, onların məsləhətlərini diqqətlə oxuyun.

Modelyer Şəlalə Maqsudova:

-Bu ilin yay mövsümündə hansı rənglər öz aktuallığını qoruyub saxlayacaq?

-Yaşıl, göy və qırmızı rəngin açıq tonları aktual olacaq. Ötən illərdəki kimi qarşıq, güllü deyil, birtonlu rənglər daha çox gündəmdə olacaq.

-Bəs hansı ölçüdə olan çantalar dəbdə olacaq?

-Bu, geyimlərdən daha çox asılıdır. Xanımlar geyimlərinə uyğun seçim etsələr daha yaxşı olar. Əsasən böyük ölçülü çantalara üstünlük veriləcək. Dəridən hazırlanmış, üzərində saçaqları olan çantalar gündəmdə olacaq.

-Xanımlar ziyafət və gündəlik geyimlərində nə cür seçim etsələr daha dəbli görünə bilərlər?

-Daha dəbli görünmək üçün xanımlar ilk növbədə bədən quruluşunu nəzərə almalıdırlar. Beli büzməli, qatlı geyimlər dolu bədənli xanımları daha da kök göstərə bilər. Gündəlik və ziyafət geyimlərində beldən kəsilmiş, enli büzməli, biçimli uzun ətəklər dəbdə olacaq. Bu, xanımları daha da zövqlü göstərəcək.

-Geyimlərdə ətək, şort, yoxsa şalvar daha çox üstünlük təşkil edəcək?

-Bu, birinci növbədə gündəlik iş rejimindən asılıdır. Bunların hər üçü rahat geyim üslubu tərzindədir. Lakin getdiyimiz məkana uyğun seçim edilməlidir.

Stilist Samiraldo:

-Bu ilin yay mövsümündə hansı saç rəngləri və kəsimləri dəbdə olacaq?

-Uzun saçlar daha çox dəbdə olacaq. Narıncı, qəhvəyi saç rəngləri aktual olacaq. Saç kəsimləri bu il dəbdə olmayacaq, saçlar nə qədər uzun olsa, bir o qədər dəbli görünəcək.Təbii qıvrım saçlar dəbdə olacaq.

-Gecə makiyajında həmişə olduğu kimi bu il də gözlərin vurğulanması ön planda olacaq?

-Bu il gözlərin vurğulanması o qədər də aktual olmayacaq. Əvəzində isə qalın qaşlara üstünlük veriləcək. Ən çox bənövşəyi, narıncı dodaq boyaları dəbdə olacaq.

-Kişilər və qadınlar əsasən nə cür geyimlərə üstünlük versinlər?

-Kişilərin geyiminə gəldikdə, cins şalvarlar dəbdə olacaq. Açıq rənglər üstünlük təşkil edəcək. Xüsusilə, sarı, yaşıl, ağ rəngli ayaqqablar aktual olacaq.

Qadınlar bütün açıq rənglərdən istifadə edə biləcəklər. Ən çox uzun, dərin yarıqlı ətəklər dəbdə olacaq. Məsələn, ağ köynəyi sarı ətək və moruğu ayaqqabı ilə kombinə edən xanımlar daha dəbli görünəcək.

Ümumiyyətlə, bu il cins ətək, köynək, şalvar, hətta cins ayaqqabı aktual olacaq.

Çantalara gəlincə isə kiçik ölçülü yumru, dördbucaqlı, üçbucaqlı çantalar dəbdə olcaq.

Model Validə Abbasova:

-Yayda gözəl görünməyin yolu – yaxşı formada və əhval-ruhiyədə olmaqdır. Havaya müvafiq əhvalda olmaq parlaq rəngləri seçmək lazımdır, rənglər ahəngdə fərqli ola bilərlər. Bu, qızıl və gümüşə də aiddir. Onlar indi uyğunlaşırlar, onları bərabər taxırlar. Yayın sonunda ənənvi olaraq lider –ağ rəngdir. Ayaqqabı rahat olmalıdır, hündürdabanları yalnız kokteylə və ya kluba gedərkən geyinmək olar. Yüngül başmaqlar, açıq ayaqqabılar dəbdədir, onlar hətta eleqant üst geyim ilə geyinilir.

Espadrilya, sandal, loferlər – brendlər müxtəlifliyi, gözəlliyi və qiymətləri ilə təəccübləndirir. Timsah dərisindən və ya qaşlarla bəzədilmiş, parlaq rəngli, qeyri-adi formalı ayaqqabı obrazın əsas vurğusu olaraq qalır.

Növbəti vurğu günəş eynəklərinədir. Onlar nə qədər böyük olarsa bir o qədər obrazınızı dəyişə bilərsiniz. Məsələn, mənim çantamda, adətən 3 ədəd eynək olur. Chanel , Tom Ford , Fendi , Louis Vuitton , Dior eynəklərini tövsiyyə edirəm.

Çimərlik geyimi olmadan yay keçməz. Bir çox gözəl geyimləri var, eleqant, dəbli. Qızlar şəkillərə baxaraq onları geyinməyə hazırlaşırlar, mən isə sadə olmağı məsləhət görərdim. Təmtəraq yaxta, pool party-də yerinə düşər, burda isə obrazı sadələşdirmək yerinə düşərdi. Missoni çimərlik geyimi - ən yaxşı variantdır. Onlar praktikidir və sizin gözəl zövqünüzü vurğulayacaq.

Şlyapa taxmaq olar, amma yenə də sadəliyə üstünlük verin. Qarderobunuzu ağ maykalarla bəzəyin, amma onlar keyfiyyətli olmalıdırlar.

Şortlar müxtəlif ola bilər, krujevalı, safari stilində, bohemian chic və ya kənd üslubunda, bütün bunların hamısı yay üçün yarayır və sizin əhvalınızdan asılıdır. Parçalar yalnız təbii olmalıdır.

Axşam geyimlərində də təbii parçalara üstünlük verilir və bir qədər dəb-dəbə: ətəklər ya həddən artıq uzun ya da həddənn artıq qısa olmalıdır və onlar kobud dabanlı ayaqqabı ilə geyinilməlidir.

Aktual orta uzunluq hamıya və hər yerə uyğun deyil, amma elə uzunluğu düz ayaqqabı ilə geyinmək lazımdır.

Çantalar qızlar üçün ən arzuolunan aksesuardır. Keyfiyyətli və yaxşı kolleksiyalardan olmalıdır: brendləri izləmək və özünə uyğun olanı seçmək lazımdır. Amma unutmayın ki, çantalar sonradan bütün qarderobun təzələnməsini tələb edə bilər. Hamıya gözəl yay arzu edirəm. Məhəbbət və bol günəş arzulayıram.

OXŞAR XƏBƏRLƏR