Azərbaycanda bu məhsullar da bahalaşır? - AÇIQLAMA

Azərbaycanda bu məhsullar da bahalaşır? - AÇIQLAMA
SOSİAL
12:52 01.04.2022
1376
Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca yaranan vəziyyət Azərbaycanda özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu təsirə məruz qalan sahələrdən biri də divar kağızları bazarıdır. Ölkədə yerli istehsalı olmayan bu sahə konkret olaraq idxaldan asılıdır. Əsas idxalçılarımız isə elə adıçəkilən Ukrayna və Rusiyadır.

Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycan xaricdən 31,534 milyon ABŞ dolları dəyərində 9 min 989 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb. Bunun dəyər ifadəsində 22,9 %-i, kəmiyyət olaraq – 18,3 %-i Rusiyanın, müvafiq olaraq 33,2 %-i və 30,1 %-i Ukraynanın payına düşür.

Bəs müharibə başlayandan sonra yerli divar kağızı bazarında vəziyyət necədir? Baş verənlər qiymətlərə nə dərəcədə təsir göstərib?

AZXEBER.COM xəbər verir ki, divar kağızlarının satışı ilə məşğul olan mağazanın müdiri Cəbrayıl Hüseynov Report-a bildirib ki, Ukraynadan sifariş etdikləri mallar gəlmir. Adətən 5-6 günə gələn mal 1 aydan çoxdur yolda qalıb.

"Artıq bəzi firmalarda bahalaşma müşahidə olunur. Nəzərə alsaq ki, bizdə divar kağızları istehsal olunmur, bu mənada qiymətlər pis deyil. Biz həmçinin Çindən də mal gətiririk, çeşidlərimiz çoxdur. Çin mallarının qiymətləri hələlik artmayıb. Amma Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb. Rusiya və Ukraynaya pul köçürə də bilmirik. Buna görə də mal ala bilmirik. Malları biz TIR-la gətiririk. Ukraynadan bura gəlib çıxana kimi ən ucuz rulon (10 metr) 11 manata başa gəlirdi. Ən bahalısı isə təxminən 120 manat olur. Adətən hər partiyaya 20-25 rulon daxil olur”, - deyə mağaza müdiri bildirib.

O qeyd edib ki, hazırda bazarda Ukrayna və Rusiya istehsallı divar kağızlarının qiyməti 2-3 manat artıb. Ən keyfiyyətli divar kağızlarının Çindən gəldiyini, orada brend şirkətlərin zavodlarının olduğunu da əlavə edib.

Divar kağızlarının topdan satışı ilə məşğul olan Aslan Məlikov əsasən Belarus mallarını gətirdiklərini deyir. O, bu ölkədən tədarükdə problem olmadığını da əlavə edir:

"Ukraynadan da mal almışıq, amma hələlik gəlməyib. Rusiyadan da sifarişlərimiz gəlməyib. Rusiya ilə problemin səbəbi pul köçürməsi ilə bağlıdır. Çünki pul köçürmələrdə problem yaranıb”.

A.Məlikov divar kağızlarının qiymətində artım olduğunu deyir:

"Hazırda bazarda daha çox tələbat ucuz divar kağızlarınadır. Onlar da Belarus, Ukrayna və Rusiya mallarıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR