Azərbaycanda bu peyvəndin istifadəsi DAYANDIRILDI

SAĞLAMLIQ
14:12 23.02.2022
723
Azərbaycanda koronavirus əleyhinə "Astra-Zeneca” peyvəndinin istifadəsi dayandırılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov "Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.

Qeyd edək ki, indiyədək Azərbaycana 453600 doza "Astra-Zeneca” vaksini gətirilib.

OXŞAR XƏBƏRLƏR