Azərbaycanda bu qəsəbədən çoxlu sayda milyarder çıxır - FOTOREPORTAJ

Azərbaycanda bu qəsəbədən çoxlu sayda milyarder çıxır -  FOTOREPORTAJ
MARAQLI
18:37 14.05.2014
4809

Azərbaycanın şimalındakı Qırmızı Qəsəbə adambaşına düşən milyarderlərin sayına görə bütün postsovet məkanında şəriksiz liderdir. Belə ki, 3 min sakini olan qəsəbədən iki milyarder çıxıb - Zarah İliyev və Qod Nisanov.

"Forbes" jurnalının rus redaksiyası həmin qəsəbədən reportaj hazırlayıb.

Məqalənin "Turan" agentliyi tərəfindən yayılan xülasəsində deyilir ki, Zarah İliyev və Qod Nisanov burada - Bakıdan cəmi 168 km aralıda yerləşən Qubada doğulublar. Hər iki qubalı yəhudi Moskvada nəhəng daşınmaz əmlak sahibləridir. “Ukrayna” və “Radisson Slavyanskaya” otelləri, “Avropa” ticarət mərkəzi, “Sadovod”, “Moskva”, “Lotos Sity” topdansatış və pərakəndə ticarət kompleksləri onlara məxsusdur. Onlar hazırda Moskva-Sity-də göydələnlər tikir və Ümumrusiya Sərgi Mərkəzini bərpa edirlər.

Nisanovla İliyevin uğurunun sirlərindən biri diaspora söykənmələridir. Qırmızı Qəsəbədə əsasən İrandan Qafqaza gəlmiş dağ yəhudiləri, özü də kompakt halda yaşayır. Bu xalqın tarixinin öyrənilməsi, diyarşünaslıq muzeyinin yaradılması, qəsəbə üçün əhəmiyyətli olan digər layihələr Moskvada varlanan bu iki binnesmen tərəfindən maliyyələşdirilir.

“Qod Nisanovun atası da xeyriyyəçi idi. O, Qubadakı konserv zavoduna rəhbərlik edir və çox adama yardım göstərirdi. İqtisadiyyatdan da yaxşı başı çıxırdı” - deyə Azərbaycan parlamentinin üzvü Yevda Abramov bildirir.

“İndi yüksək mənsəb tutmalarına baxmayaraq həm Qod Nisanov, həm də qardaşı Lev çox sadə adamlar idi. Qod uşaqlar arasında öz liderliyi ilə seçilirdi. Lev isə bir qədər sakit uşaq idi. Amma ikisi də çox qabiliyyətli idilər” - deyə keçmişdə məktəb direktorunun müavini olan, hazırda isə qəsəbənin icra nümayəndəliyinə rəhbərlik edən Psax İsakov xatırlayır.

Qod Nisanovun qardaşı Lev və uşaqlıq dostu German Zaxaryayev hazırda milyarderin biznesinin idarəçiliyi ilə məşğuldurlar. 

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
14:50 25.06.2025
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu