Azərbaycanda bu şəxslərin maaşı artacaq - RƏSMİ

Azərbaycanda bu şəxslərin maaşı artacaq - RƏSMİ
İQTİSADİYYAT
15:21 09.09.2022
3324
"Qaydalara görə, beş ili tamam olmayan, müsabiqə ilə ilk dəfə işə qəbul edilən müəllimlər beş il müddətinə sertifikasiyadan azaddırlar. Lakin onların da əməyinin stimullaşdırılması bizim üçün çox vacibdir, marağımızdadır”.

"Sertifikasiyanın müsahibə mərhələsində maksimum balın yarısını yığanların maaşı artacaq".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- 51 bal toplayaraq sertifikasiyanın birinci mərhələsindən keçən müəllimlər üçün müsahibə mərhələsində hər hansı bir bal tələbi var?

- Qaydalarda müsahibə mərhələsinin qiymətləndirilməsi meyarları qeyd olunub. Burada hər meyar üzrə əmsal nəzərdə tutulur. Maksimum bal 40-dır. Bu balın 50%-ni yığan namizədlər artıq keçmiş hesab olunurlar. Yəni onlar artıq 50%-dən yuxarı balı toplayıblarsa, onlara artımlar şamil edilir.

- Müsahibə mərhələsindən kəsilənlər növbəti ildə həm test, həm də müsahibə mərhələsində yenidən iştirak etməlidirlər?

- Xeyr, onların yalnız müsahibə mərhələsində iştirak etmələri kifayət edəcək.

- Beş ilə qədər iş təcrübəsi olan müəllimlər sertifikasiyaya cəlb olunmurlar. Bəs onlardan könüllü olaraq müraciət edib sertifikasiyada iştirak etmək istəyənlər olubmu ki, artım ala bilsinlər?

- Builki sertifikatlaşma prosesi tamamlanıb. Qaydalara görə, beş ili tamam olmayan, müsabiqə ilə ilk dəfə işə qəbul edilən müəllimlər beş il müddətinə sertifikasiyadan azaddırlar. Lakin onların da əməyinin stimullaşdırılması bizim üçün çox vacibdir, marağımızdadır. Biz bu məsələlərə yalnız mövcud qaydalar çərçivəsində baxacağıq.

- Bəzi məktəblərdə uzun illər təcrübəsi olan müəllimlərin dərs saatları alınaraq MİQ ilə qəbul olunan müəllimlərə verilir. Səbəb isə gənc müəllimin MİQ balının digər müəllimin diaqnostika balından yüksək olması göstərilir...

- Burada fərdi araşdırma tələb olunur. Konkret olaraq məktəb və müəllim təqdim edilməlidir ki, biz bu məsələni araşdıraq. Ümumilikdə isə dərs bölgüsünün aparılması üçün qaydalar var və burada ballar nəzərə alınmalıdır. Burada müəllimin attestasiya üsulunun fərqi yoxdur. Həm MİQ, həm də diaqnostik balı 60 olaraq qiymətləndirildiyi üçün onların müqayisəsini apararaq bölgü etmək olar. Yaxud 100 ballıq olsa belə, faiz nisbəti ilə baxıla bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli