Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
SOSİAL
12:11 11.08.2025
347
Bir sıra ali təhsil müəssisələrinin rus dili bölməsində ixtisasların ləğv olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

DİM-in açıqlamasında qeyd olunub ki, sözügedən yanlışlıq "Abituriyent” jurnalının 2025-ci il üçün 4-cü buraxılışında rus dili bölməsi üzrə ixtisasların yer almaması ilə bağlı yayılan xəbərlərdən qaynaqlanıb. Mərkəz bildirib ki, jurnalın rus dilində olan versiyası ilə Azərbaycan dilində olan versiyası fərqli qruplar üçün nəzərdə tutulub.

"Rus bölməsi ilə bağlı məlumatlar jurnalın rus dilində dərc olunan variantında əks olunub. Jurnalın yalnız Azərbaycan dilində çıxan versiyasına əsaslanaraq yanlış nəticə çıxarılıb,” – DİM-in açıqlamasında bildirilib.

Sİyahıda adı çəkilən bir neçə universitetdə bu xəbəri təkzib etdi. Bildiridilər ki, bu həqiqətə uyğun olmayan informasiyadır. 

Bu gün Modern.az saytı məlumat paylaşaraq qeyd edib ki, "Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. 

11.27
 
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

AZXEBER.COM xəbər verir ki, modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub.

Araşdırma zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.

Belə ki, "Abituriyent" jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.

Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:

I qrup üzrə

Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
Dövlət Dəniz Akademiyası
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
"Azərbaycan" Universiteti

II qrup üzrə

Azərbaycan Texniki Universiteti (AzTU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti

III qrup üzrə

Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Milli Aviasiya Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
"Azərbaycan" Universiteti
Bakı Avrasiya Universiteti

IV qrup üzrə

Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Tibb Universiteti (ATU)
Bakı Mühəndislik Universiteti (BMU)
Naxçıvan Dövlət Universiteti (NDU)
Gəncə Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)

V qrup üzrə

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Bakı Mühəndislik Universiteti
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Texnologiya Universiteti
OXŞAR XƏBƏRLƏR